Tam steril və gigiyenik şərait
EKA Estetik Mərkəzində bütün prosedurlar tam steril və gigiyenik şəraitdə həyata keçirilir. Lazer epilyasiyası sonrası bəzi xanımlarda səpgi və dəri reaksiyalarının yaranmaması üçün prosedurdan öncə duş qəbul edilməsi xüsusi önəm daşıyır.
Bu məqsədlə mərkəzimizdə müasir, təmiz və rahat duş şəraiti yaradılıb. Dərinin lazerə tam hazır vəziyyətə gətirilməsi, kosmetik qalıqların və yağ təbəqəsinin təmizlənməsi prosedurun effektivliyini artırır və sonrakı dəri problemlərinin qarşısını alır.
Bütün prosedur otaqlarımız geniş, işıqlı və steril şəraitdədir. İstifadə olunan avadanlıqlar mütəmadi olaraq dezinfeksiya olunur, gigiyena və təhlükəsizlik qaydalarına ciddi şəkildə əməl edilir. Məqsədimiz müştərilərimizə yalnız effektiv nəticə deyil, eyni zamanda maksimum komfort və təhlükəsiz xidmət təqdim etməkdir.